78 200 ədəd qanunsuz siqaret aşkar edilib FOTOLAR

78 200 ədəd qanunsuz siqaret aşkar edilib FOTOLAR

Aşağı keyfiyyətli alkoqollu içkilərin, tütün məmulatlarının bazara daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə gömrük orqanları tərəfindən mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilir. SİA-nın məlumatına görə, bu tədbirlər çərçivəsində Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 78 200 ədəd müxtəlf markalı siqaretlər aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə