Şəmkirdə kişi həyat yoldaşını bıçaqladı

Şəmkirdə kişi həyat yoldaşını bıçaqladı

Şəmkir rayonunun Sabirkənd kəndində bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini 48 yaşlı Yasəmən İbrahimova sağ süd vəzinin kəsilmiş deşilmiş diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Əməliyyatdan sonra palataya yerləşdirilən xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Şəmkir rayon Polis Şöbəsinin Zəyəm polis bölməsindən verilən məlumata görə, Yasəmən İbrahimova ailə münaqişəsi zəminində ikinci həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hələlik həmin şəxs saxlanılmayıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə