Bakıda azyaşlını girov götürən “İŞİD”çi ilə bağlı yeni faktlar SƏS TV
Ötən gün Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin velosiped sürmək adı ilə evdən çıxaraq geri qayıtmadığını bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni cinayəti törətməkdə şübhəli bilinən Elnur Məmmədov saxlanılıb. Aparılan araşdırmalarla Elnur Məmmədovun özünü "İŞİD" terror qruplaşmasının üzvü kimi təqdim etdiyi də məlum olub.
Saxlanılan şəxs azyaşlının atasının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyünü və azad edilməsi müqabilində ondan 30 min manat pul istəyib.
Şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. Azyaşlının sağlamlıq durumu qənaətbəxşdir.
Faktla əlaqədar isə Cinayət Məcəlləsinin 144.3, adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB