Bakıda iki yük avtomobili toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Ford" və "Kamaz" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib, məlum olub ki, "FORD" markalı avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB