6 otaqlı evdə yanğın

İmişlidə yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə