Qadının meyitini qonşusu tapıb
79 yaşlı qadın özünü asdı

Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Kənd sakini 1937-ci il təvəllüdlü Həmayə Əli qızı Abdullayeva özünü yaşadığı evin həyətindəki tövlənin qarşısındakı dirəkdən asıb. Onun asılmış meyitini qonşu aşkar edib və dərhal hüquq-mühafizə orqanları əraziyə cəlb edilib.

79 yaşlı qadının özünü hansı səbəbdən asması hələlik məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ölkə ərazisində sonuncu belə fakt İmişli rayonunda iki gün əvvəl baş verib. Rayonun Sarıxanlı kənd sakini, 1999-cu il təvəllüdlü Murad Tofiq oğlu Aslanov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən gecə saatlarında asaraq intihar edib. Onun asılmış meyitini səhər saatlarında ailə üzvləri həyətə düşərkən aşkar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə