FHN Kürə düşən şəxsi xilas etdi

FHN Kürə düşən şəxsi xilas etdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 7 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin qayıqdan suya yıxılaraq düşməsi barədə məlumat daxil olub. SIA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:15-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə