Yüksək sürət və ehtiyatsızlıq qəzaya səbəb oldu, 5 nəfər xəsarət aldı. Qəza səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunda, Sabirabad rayonunn Nizami kəndindi ərazisində olub. İmişli sakini Raqif Muradovun idarə etdiyi avtomobil qarşıdan gələn digər avtomobillə toqquşub. Nəticədə Raqif Muradov və sərnişinlər, 41 yaşlı Müşkül İmanov, 14 yaşlı Elvin İmanzadə, 12 yaşlı Aysun İmanlı, 32 yaşlı Gülarə İmanova ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Ələt-Astara yolunun 48-ci kilometirliyində isə çiyələk yüklü 2 avtomobili yük maşını vurub. Qəzadan əvvəl çiyələk daşıyan avtomobillər nasazlıq səbəbindən yol kənarında dayanıb. Bu zaman arxadan gələn yük maşını onlara çırpılıb. Nəticədə çiyələk yüklənmiş avtomobilləri sürücüləri xəsarət alıb. Xeyli miqdarda çiyələk isə yola dağılıb.
Bakıda isə gecə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Aeroport şosesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində minik maşını əvvəlcə maneəyə çırpılıb, sonra yol kənarındakı piyadanı vurub.
Nəticədə piyada, 55 yaşlı Mehman Nəzərov eləcə də, sərnişinlər - 63 yaşlı Xuraman Məhərrəmova ilə qızı Lamiyə Məhərrəmova xəsarət alıblar. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar. Avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Polis onu axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB