Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Düyərli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB