Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 170 kvadratmetr olan ikimərtəbəli yeddiotaqlı ev və ona bitişik ümumi sahəsi 30 kvadratmetr olan ərzaq mağazası yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB