Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi 19 yaşlı Yevlax rayon sakini Cəfər Məmmədli Nizami Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus telefonun təhsil aldığı ali təhsil ocağının qarşısında tanımadığı iki nəfər tərəfindən alındığı haqda məlumat verib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Cəfər Məmmədlinin mobil telefonunu aparan Gəncə sakini 20 yaşlı Cəlal Məmmədov və onun dostu 19 yaşlı Azər Mehdiyev olduğu məlum olub. Dostlar cinayəti pulları olmadığı və Cəlal Məmmədovun borclu olduğu üçün etdiklərini söyləyirlər. Gəncədə avtomobildə qızıl-ziynət əşyaları və pulu oğurlayanları da aparılan əməliyyat axtarış tədbirləri nəticəsində polis saxlayıb.
Ağdam rayon sakini 38 yaşlı Ramil Paşayev Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciət edərək maşınından 6000 manat dəyərində qızıl-zinət əşyaları, 400 manat nağd pul, ailə üzvlərinə aid sənədlər, toy kasetləri və evin açarlarının oğurlandığı barədə məlumat verib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə sakinləri 37 yaşlı Razi Rzayev və 33 yaşlı Suliddin Abbasov saxlanıb.
Qeyd edək ki, hər iki faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB