Tovuzda üzərinə isti yemək aşıran qız dünyasını dəyişib SƏS TV

Tovuzda üzərinə isti yemək aşıran qız dünyasını dəyişib SƏS TV

Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib. Hadisə rayonun Hunanlar kəndində baş verib. 3 yaşlı uşağın masa üstünə qoyulan isti xörəyi üzərinə aşırması nəticəsində qol, qarın nahiyələrindən yanıq xəsarətləri alıb. Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan qızcığaza bədəninin 15 faizinin termiki yanığı diaqnozu qoyulub.

3 bacının sonbeşiyi olan uşağın vəziyyəti pisləşdiyindən səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Valideynləri övladının həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. Xəstəxananın travmatoloqu Kamaləddin Abbasov isə deyilənlərlə razılaşmır.

Dünyasını dəyişən azyaşlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinə gətirilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə