Salyanda avtoritet saxlanılıb SƏS TV

Salyanda avtoritet saxlanılıb SƏS TV

Cinayətkar aləmdə "Tağı Salyanski" ləqəbi ilə tanınan Tağı Qasımov Salyanda polis əməkdaşları tərəfindən saxlanılıb.

Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Qasımovun üstünə baxış keçirilən zaman üzərindən qanunsuz olaraq naməlum mənbədən əldə edib üstündə gəzdirdiyi 1 ədəd "Makarov" konstruksiyalı tapança və onun 4 ədəd döyüş sursatı hesab edilən patron aşkar olunaraq götürülüb. Polis şöbəsinə gətirilən Tağı Qasımov törətdiyi əməlləri etiraf edib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə