Bakıda bina yandı insanlar təxliyə olundu

Bakıda bina yandı insanlar təxliyə olundu

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində beşmərtəbəli binanın damında quraşdırılmış havalandırma qurğusunun mühərriki yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, yanğın zamanı binadan 8 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın damında yerləşən digər qurğular yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə