Qobustanda iki "VAZ" toqquşub, xəsarət alan var. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonunda, Bakı-Şamaxı-Yevlax yolunun 90-cı kilometrliyində "VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillər toqquşub. Nəticədə, "VAZ 2106" markalı avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB