46 minlik qızıl oğurladı
Əmisinin evini "yardı"

İki əmioğlu əlbir olub əmilərinin evini qarət ediblər. Onlar evdən 46 min manatlıq qızıl oğurlayıblar. Hadisə Abşeronda Qobu qəsəbəsində baş verib. Nazim Muxtarov polisə məlumat verib ki, aprelin 30-da saat 19:00-dan axşam 24:00-a qədər evdə olmadıqları vaxt evin pəncərəsi sındırılıb və külli miqdarda qızılları oğurlanıb.

Polis hadisədən iki gün sonra şübhəli kimi zərərçəkmişin qardaşı oğlanları Bəxtiyar Cəbrayılov və İbrahim Cəbrayılovu saxlayıb. Saxlanılan əmioğlanları əməllərini etiraf ediblər.

Bəxtiyar və İbrahim Cəbrayılovlar oğurladıqları qızılları sata bilməyəcəklərini düşünüb qaytarmaq niyyətinə düşüblər.

Fakta görə rayon polis idarəsində oğurluq maddəsi ilə cinayət işi başlşanıb, istintaq davam edir.

Ağdamın Əfətli kəndində isə Hökmran Əbdürrəhimovun həyətindən 1 generator, 8 baş iribuynuzlu heyvan oğrulamaqda şübhəli bilinən Ağcabədi rayon sakinləri İlham Həsənov, Taleh Rzayev, İntiqam Əliyev və Emin Hüseynovu polis yaxalayıb.

Müəyyən olub ki, onlar üzvləri Hökmran Əbdürrəhimovun əvvəlcə enerji generatorunu oğurlayıb satıb. Bir müddət sonra isə yenidən onun həyətinə qayıdaraq heyvanlarını oğurlayıblar.

Hazırda rayon polisi saxlanılan dəstə üzvlərinin digər cinayyətdə əllərinin olub olmamasını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə