Gəncədə mənzillərin birində oğurluq hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiy xəbərə görə, Gəncə şəhər Nizami rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Füzuli Qasımova məxsus evdən oğurluq edən şəhər sakini Asim Məhərrəmov saxlanılıb. A.Məhərrəmov evdən 480 manat pul və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İlham Məmmədzdə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB