Avtomobil piyadanı vurdu

Gəncədə naməlum avtomobil Şah İsmayıl Xətai prospektində yol kənarında dayanan 27 yaşlı İman Əliyevi vurub. SİA-nın Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan yaralıya, başın yumşaq toxumasının əzniyi, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə