Sumqayıtda minik avtomobili yanıb

Sumqayıtda minik avtomobili yanıb

Sumqayıt şəhərində vətəndaşa məxsus "Daewoo" markalı minik avtomobilinin salonu qismən yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə