Rezin qayıq batdı

Rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batması faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə