Elektrovoz yandı FHN söndürdü

Ağdaşda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyininin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında "Azərdəmiryol" QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb. Elektrovozun qalan hissəsi FHN-nin əməkdaşları tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə