Məşhur velosiped oğrusu tutuldu SƏS TV

Məşhur velosiped oğrusu tutuldu SƏS TV

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə velosiped oğurluqları edən Yasamal rayon sakini əvvəllər məhkum olunan Eldar Ələsgərov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin velosipedləri oğurladıqdan sonra sataraq maddi gəlir əldə etdiyi məlum olub. Onun paytaxt ərazisində 50-dən artıq velosiped oğurladığı sübuta yetirilib.

Qeyd edilən faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Səbail RPİ-nə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə