13 yaşlı qızı fotoları ilə şantaj etdi

Bakıda alçaq cinayət

Namiq Əliyev bir müddət məktəbli qızla danışdıqdan sonra ondan şəkillərini istəyib. Elə cinayətini də bundan sonra planlaşdırıb. Sosial şəbəkədə gənc qadınlara yaxşı iş və ya evlənmək adı ilə dostluq göndərib daha sonra onları şantaj edən cinayətkarlarla bağlı ötən gün xəbər vermişdik. Artıq Bakıda Binəqədi polisi yeniyetmə qıza qarşı eynən belə bir cinayət törətmək istəyən şəxsi saxlayaraq istintaqa cəlb edib.

Valideynlərindən xəbərsiz sosial şəbəkədən istifadə edən yeniyetmə qız şantaja məruz qalıb. Xoşagəlməz hadisə paytaxtın Binəqədi rayonunda baş verib. 13 yaşlı qızın valideyinləri polisə məlumat veriblər ki, bir nəfər onların qızını fotoları ilə şantaj edib 250 manat pul istəyir.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis sosial şəbəkə cinayətkarını saxlayıb. O, Bakı şəhər sakini 26 yaşlı Namiq Əliyevdir. Namiq Əliyev polisə ifadə verərkən bildirib ki, yeniyetmə qızla ''odnoklasnik''də qız adı ilə tanış olub.

Namiq Əliyev bir müddət məktəbli qızla danışdıqdan sonra ondan şəkillərini istəyib. Elə cinayətini də bundan sonra planlaşdırıb.

Polis Namiq Əliyevin mobil telefonundan müxtəlif sosial şəbəkədə qız adı ilə qeydiyyatdan keçdiyini də müəyyən edib. Faktla bağlı onun barəsində rayon polis idarəsində ''hədə qorxu ilə tələb etmə'' maddəsi ilə cinayət işi başlanıb. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə