Oğuzda ağır qəza - 3 nəfər öldü

Bakıda baş verən zəncirvari qəzada isə 6 nəfər xəsarət alıb
Oğuzda ağır qəza - 3 nəfər öldü

Oğuzda ağır yol qəzası baş verib. Minik avtomobilinin ağaca çırpılması nəticəsində 3 nəfər dünyasını dəyişib. Paytaxtın Nəsimi rayonunda baş verən zəncirvari qəzada isə 6 nəfər xəsarət alıb.

Minik avtomobilinin ağaca çırpılması 3 nəfərin ölümü ilə nəticələnib. Ağır qəza Qaraməryəm-İsamayıllı-Şəki magistralının Oğuz rayonundan keçən hissəsində baş verib.42 yaşlı Rövşən Abbasov idarə etdiyi minik avtomobilində sükana nəzrəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.Sürücü və avtomobildə olan sərnişinlərdən biri,Oğuz sakini 52 yaşlı Məhyəddin Kərimov hadisə yerində ölüb.Digər sərnişin,28 yaşlı Elşən Allahverdiyev isə ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.Qəzanın başvermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Bakıda baş verən zəncirvari qəzada isə 6 nəfər xəsarət alıb. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində iki minik avtomobili toqquşub. Daha sonra avtomobillərdən biri yol kənarında dayanan başqa bir maşına çırpılıb.

Toqquşan iki avtomobilin sürücüləri,eləcə də,Bakıya toya gələn bir ailənin üzvləri-Əflatun Manafov,həyat yoldaşı Xırda Manafova,Elnur Manafov və onun həyat yoldaşı Ülviyyə Manafova xəsarət alıblar.Yaralılar təcili tibbi yardım maşınları ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Əflatun Manafovun və gəlini Ülviyyə Manafovanın xəsarətləri daha ağırdır.Faktla bağlı araşdırma aparılır.İlkin ehtimala görə,qəzaya sürücülərdən birinin işıqforun qadağanedici işığına məhəl qoymaması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə