Azyaşlı faciəli şəkildə öldü

Sumqayıtda azyaşlı faciəli şəkildə ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 27-də Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində qeydə alınıb. Orada yaşayan 9 yaşlı Ayşən İsmayılova evdə oynayarkən pərdənin ipi boğazına dolaşdığından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə