Gəncədə köşk yandı

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb. SİA Trend-ə istinadən xəbər verir ki, Kəpəz rayonunda sahibi məlum olmayan ümumi sahəsi 6 kv.m olan köşkün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə