Qadın maskalıların hücumuna məruz qalıb

Onlar maska və əlcək taxıb qadın sürücüyə qarşı soyğunçuluq ediblər

Bakıda dayanacaqda qadın sürücüyə qarşı cinayət törədən şəxslər saxlanılıb. Nəsimi polisi saxlanılan şəxslərdən cinayətdə istifadə edilən soyuq silah və maskaları aşkar edərək götürüb. Maska və əlcək taxıb qadın sürücüyə qarşı soyğunçuluq ediblər.

Hadisə paytaxtın Nəsimi rayonu Dilarə Əliyeva küçəsində avtomobil dayanacağında baş verib. Arzu Qafarova ərazi üzrə 22-ci polis bölməsinə məlumat verib ki, iki nəfər bıçaq və tapança ilə onu hədələyib pul tələb ediblər. O polisə bildirib ki, hadisə zamanı səs-küy saldığından cinayətkarlar istəklərinə nail olmadan qaçıblar.

Polis şübhəli kimi Ağsu sakini Amal Allahverdiyev və Saatlı sakini Asim Əliyevi tutub. Onlar zərif cinsə qarşı törətdikləri əməli etiraf ediblər.

Onların üzərlərindən 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd maska çıxıb. Fakta görə Nəsimi polisində müvafiq maddələrlə cinayət işi başlanıb, onların başqa cinayətlərdə əllərinin olub olmadığı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə