Şəkidə maraqlı hadisə yaşanıb. Polis zabit forması geyinib şəhərdə gəzən xanım polis tərəfindən saxlanılıb. Şəki ŞRPŞ-nin əməkdaşları şəhərin Məhəmmədəmin Rəsulzadə prospektində xidməti vəzifələrini yerinə yetirərkən, polis formasında olan bir xanım onların diqqətini cəlb edib. Şübhəli şəxs özünü Bakı şəhər polis bölmələrindən birinin əməkdaşı kimi təqdim etsə də, ondan xidməti vəsiqə istənildikdə vəsiqəni təqdim etməkdən imtina edib. Daha sonra polis nəfərləri şübhəli şəxsi polis şöbəsinə gətirib. Dindirilmə zamanı həmin şəxsin Bakı sakini 18 yaşlı Sahilə Əfəndiyeva olduğu müəyyən olunub. Saxlanılan şəxs paltarı dükandan aldığını, forma ilə şəkil çəkdirməkdən başqa bir məqsədinin olmadığını, əməlindən peşman olduğunu dilə gətirib.
Faktla bağlı Şəki ŞRPŞ-də 18 yaşlı xanımın polis formasını hansı məqsədlə geyinib şəhər ərazisində gəzməsi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB