Bağ evlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bağ evlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Abşeron rayon polis idarəsinin əməliyyatçıları Xırdalan şəhəri və Masazır qəsəbəsində silsilə oğruluq etməkdə şübhəli bilinən Nemət Dadaşov və Həsən İbrahimovu tutub. Araşdırmalar zamanı cütlüyün ümumilikdə 10 mənzili qarət etməsi müəyyənləşdirilib. Onlar növbəti bağ evindən oğurluq edən zaman elə iş başında ifşa ediliblər.

Saxlanılan şəxslərin sözlərinə görə, qarət etdikləri bağ evlərinin qış aylarında baxımsız qalmasını əvvəlcədən öyrəniblər. Müxtəlif vaxtlarda evlərin qapısını döyüb gözətçinin olub-olmamasını müəyyənlədşirdikdən sonra əməllərini həyta keçiriblər.

Qeyd edək ki, onlar oğurladıqları məişət əşyalarını müxtəlif internet saytları vasitəsi ilə satıblar. Faktla bağlı Abşeron rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

Polis onların bu əməllərindən zərər çəkənlərin sayının çox olmasını istisina etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...