FHN azyaşlını xilas etdi

Kür çayına düşmüş azyaşlı xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 15 km aralıda nəzarətsiz ərazidə) 1 azyaşlının qayıqdan suya sürüşüb düşməsi barədə məlumat daxil olub.

Azyaşlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 12:45-də başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə