Binədə 39 yaşlı qadının intiharı sirr olaraq qalır SƏS TV

Binədə 39 yaşlı qadının intiharı sirr olaraq qalır SƏS TV

Bakıda 39 yaşlı qadın intihar edib. Hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki Südçülük Sovxozu deyilən ərazidə qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, 1977-ci təvəllüdlü Umudova Kəmalə yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə barədə polisə məlumat verilib. Olay yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.

Qadının canına qıymasının hələlik səbəbi bilinməsə də, polis bu yöndə araşdırmalarını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə