Binada yanğın 17 nəfər təxliyə edildi

Binada yanğın 17 nəfər təxliyə edildi

Bakıda çoxmərtəbəli binada yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və binadan 17 nəfər təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 19:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə