Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə