Quba rayonu, Samur-Dəvəçi kanalında bir nəfər batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Barlı qəsəbəsi Samur-Dəvəçi kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışına başlayıblar.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB