Şəmkirdə bədbəxt hadisə baş verib

Şəmkirdə ilan Posanlı kənd sakinini sancıb. SİA xəbər verir ki, 1991-ci il təvəllüdlü Firdovsi Namazov ağır zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, F. Namazov özünə məxsus həyətyanı sahədə işləyərkən ilan onu sancıb.

Bütün xəbərlər Facebook səhifəmizdə