Zərdab və Zaqatalada minik avtomobili yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Zərdab şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə Lənkəran rayonunda qeydə alınıb. Belə ki, rayonun Girdəni kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə