Qardaşının ölümünə səbəb olan Neftçala rayon sakini tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulmuş, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB