Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kv.m sahədə və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kv.m sahədə əriyib.

Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...