Gəncə sakinindən silah-sursat götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş "AKSU-74" markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB