Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səfirliyin əməkdaşına edilən hücumdan sonra o, polis tərəfindən müəyyənləşdirilib və şöbəyə çatdırılıb.
Hücum edənin 31 yaşlı Haybula Hacıyev olduğu müəyyən olunub.
Qeyd edək ki, aprelin 15-dən 16-na keçən gecə Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin Konsul şöbəsinin müdiri, müşavir Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən kobud şəkildə döyülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB