Cəlilabadda yanğın

Cəlilabad rayonunda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Təzəkənd kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan mətbəxin yanar konstruksiyalaırı və ev əşyaları 18 kv.m sahədə yanıb. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə