Bərdədə yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Alaçadırlı kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 2 otaqlı evin lambirdən ibarət tavanı 32 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB