Qaçırdığı avtomobillə qəza törətdi

Avtomobili qaçıraraq qəza törətmiş şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 15 radələrində Quba şəhəridən şəhər sakini Nazim Xürrəminecata məxsus "VAZ-2103" markalı avtomobil qaçırılıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilin rayon sakini Murad Bağırov tərəfindən qaçırılması və şəhər ərazisində idarə edilərkən yolun kənarında dayanmış həmyerlisi Rabil Şərifova məxsus "KamAZ" markalı avtomobilə vurulması müəyyən edilib, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, tutulub.

Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...