Akkumulyator oğruları saxlanıldı

Akkumulyator oğruları saxlanıldı

Bakıda yük avtomobillərindən oğurluq edən şəxslər saxlanılıb. Məlum olub ki, həmin şəxslər iki gecəyə 12 yük avtomobilindən akkumuliyator oğurlayıb. Oğurladıqlarını isə aparıb dəyərindən ucuz qiymətə satıblar. Hadisə Binəqədi rayonunda baş verib.

Yeyib içib sərxoş olan dostlar yük avtomobillərini qarət ediblər. Hadisə paytaxtın Binəqədi rayuonu ''Baksol yolu'' adlanan ərazidə olub. Müseyib Məmmədov, Eyvaz Atayev və Vaqif Məmmədov rayon polis idarəsinə məlumat veriblər ki, gecə vaxtı yük avtomobillərindən akkumuliyatorları oğurlanıb.

Əməliyyat- axtarış tədbirlərinə başalayan polis gecə vaxtı həmin ərazidə şübhəli kimi Əkbər Əhmədov və Azad Mikayılovu saxlayıb. Məlum olub ki, onlar həmin yerə yenidən oğurluq etməyə gəliblər.

Əkbər Əhmədov, Azad Mikayılovla həmin gecə 6 avtomobildən böyük akkumuliyatoru oğurlayıblar. Gecə ilə Balaxanı qəsəbəsinə aparıb akkumuliyator qəbulu ilə məşğul olan Arif Qədirova ucuz qiymətə satıblar. Səhəri gün də dostlar həmin əraziyə gəlib daha 6 avtomobildən eyni üsulla akkumuliyatoru çıxarıblar.

Polis akkumuliyatoru ucuz qiymətə alan Arif Qədirovu da saxlayıb. O, akkumuliyatorların oğurluq olmasından xəbərsiz olduğunu deyir.

Faktla bağlı saxlanılan şəxslərlə bağlı rayon polis idarəsində oğurluq maddəsiin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə