Bakı sakini Gəncədə güllələndi

Gəncədə Bakı şəhər sakini güllələnib. SİA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gəncə şəhər Nizami rayon ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 20 yaşlı Mətləb Həsənzadə sağ ayaqdan yaralanma diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra həyatı təhlükəsi aradan qalxıb.

Zərərçəkmişin bildirdiyinə görə, ona tanımadığı şəxslər odlu silahdan atəş açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə