Neftçalada ev yanıb xəsarət alan var

Neftçala rayonunda ikimərtəbəli ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Xol Qarabucaq kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə