Tovuzda ev yanıb

Gündüz saatlarında Tovuzda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Dönük Qırıqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 28 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik, ümumi sahəsi 16 kv.m olan talvar yanğından mühafizə olunub.

Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə