Şəmkirdə 35 yaşlı qadın bıçaqlanıb SƏS TV

Şəmkirin Dəllər qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini, 35 yaşlı Ülviyyə Nəsibova hələlik şəxsiyyəti məlum olmayan qadın tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nahiyələrindən yaralanan qadın, dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, naməlum qadın oğurluq məqsədi ilə Ülviyyə Nəsibovanın yaşadığı mənzilə daxil olub. Bu zaman ev sahibi ilə qarşılaşan həmin şəxs ona xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yerli hüquq mühafizə orqanları hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə