Bakıda 20 yaşlı qadın özünü körpüdən atıb SƏS TV

Bakıda intihara cəhd hadisəsi baş verib. Hadisə Yasamal rayonu "Tbilisi" prospektində qeydə alınıb. 20 yaşlı Afiyə Sadıqova prospektdəki körpünün üzərinə çıxıb. Daha sonra o körpünün üzərindən özünü yerə atıb.

Xanım çoxsaylı sınıq xəsarətləri alsa da sağ qalıb. Onu elə həmin yoldan keçən 1 saylı şəhər klinik xəstəxanasının həkimi öz avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb. Həkimlər 20 yaşlı Afiyənin həyatını xilas edə biliblər.

Tibb müəssisəsində xəsarət alan xanımın atası Afiyənin intihara cəhd etməsinin yoldaşı ilə aralarında olan mübahisədən qaynaqlandığını bildirdi. Zərərçəkmişin yoldaşı da xəbəri eşidər eşitməz özünü xəstəxanaya çatdırıb.

Ərazidə olan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2 yaşlı övladı olan Afiyə Sadıqova təxminən iki ay əvvəl həyat yoldaşından küsərək, ata evinə qayıdıb. Afiyyə Sadıqovanın dəqiq nə səbəbdən intihar etmək istədiyi isə araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...