Gəncə-Samux avtomobil yolunda ağır yol-nəqliyyyat hadisəsi baş verib. SİA xəbər verir ki, "VAZ-21011" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı səkiyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə